Məşhur serialın çəkiliş meydançasında bədbəxt hadisə: Baş rol ifaçısı xəstəxanalıq oldu - FOTO

11-03-2023, 11:14           
Məşhur serialın çəkiliş meydançasında bədbəxt hadisə: Baş rol ifaçısı xəstəxanalıq oldu - FOTO
Türkiyənin məşhur “Kardeşlerim” serialının baş rol ifaçılarından olan Fadik Sevin Atasoy çəkiliş meydançasında qəza keçirib.

Məşhur aktrisa bununla bağlı “Twitter” hesabında paylaşım edib.

Fadik Sevin Atasoyun çəkiliş zamanı ayağı yerdəki daşlara ilişib. Ayağı sürüşərək yerə yıxılan Atasoy dərhal xəstəxanaya çatdırılıb.

Nəticədə onun ayağında çat aşkarlanıb. Həkimi məşhur aktrisaya şişmiş ayağının üzərinə basmamağı məsləhət görüb. Atasoy bir neçə gün əlil arabasından istifadə edəcək.

O, xəstəxana qarşısındakı fotosunu “İnstagram” hesabında paylaşıb. “2-3 günə sağalacam. Çəkiliş meydançasına geri dönəcəm.... Çünki Şengüling 4 ever”, - deyə Fadik Sevin Atasoy qeyd edib.






Mənbə: Haber Global












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru