“Filmlə bağlı işin üstünə düşüblər, araşdırma aparılır” - AÇIQLAMA

18-03-2023, 10:36           
“Filmlə bağlı işin üstünə düşüblər, araşdırma aparılır” - AÇIQLAMA
Xəbər verdiyimiz kimi, aktyor Corc Qafarov ötən il İkinci Qarabağ Müharibəsi ilə bağlı çəkilməsi planlaşdırılan filmin təxirə salındığını, səbəbin isə film üçün ayrılan pulların mənimsənilməsi olduğunu iddia edib.
TEREF.AZ Meydan TV-yə istinadla xəbər verir ki, aktyor filmin sifarişçisi ilə bağlı məlumat verməkdən yayınıb.
C. Qafarovun sözlərinə görə, hazırda iş araşdırılır və yaxın zamanda hüquqi qiymət veriləcək.
“Sifarişçinin adını çəkə bilmirəm. Nə yazmışamsa odur, artıq-əskik danışa bilməyəcəyəm. Bəzi açıqlamalar verilib ki, bu işin üstünə düşüblər. İş üzərində güclü araşdırma aparılır. Hər şey yaxşıya doğru dəyişəcək”, – aktyor bildirib.












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru