Natiq Əliyevin nəvəsi: "Sizdən xahiş edirəm ki..." - VİDEO

3-10-2023, 09:34           
Natiq Əliyevin nəvəsi: "Sizdən xahiş edirəm ki..." - VİDEO
Oxumağa başlayandan o səhnəni arzulayıram. Bilirəm ki, ölkəmi qürurlandıracaq və ən yaxşı performansı göstərəcəyəm. Sizdən xahiş edirəm ki, mənə bacardığınız qədər dəstək olasınız və gəlin bunu həyata keçirək!

Bu sözləri mərhum Energetika naziri Natiq Əliyevin nəvəsi Aliyə Əliyeva sosial mediada paylaşdığı videoda qeyd edib. Azərbaycanı gələn il "Eurivision" mahnı müsabiqəsində təmsil etmək istədiyini açıqlayan Aliyə Əliyeva sözügedən layihəni uşaqlıqdan izlədiyini dilə gətirib.

Məlumat üçün bildirək ki, Aliyə Əliyeva 2010-cu ildə Azərbaycanı "Eurovision" mahnı müsabiqəsində təmsil edən Safura Əliyevanın həyat yoldaşı Fərhad Əliyevin ilk evliliyindən olan qızıdır. Aliyənin anası isə Azərbaycana 10 il rəhbərlik etmiş Vəli Axundovun nəvəsi Sara Əliyevadır.












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru