“The X-Files” və “Ulduz yolu” kimi filmlərin çəkilişində istifadə olunan tarixi anqar yandı - FOTO/VİDEO

9-11-2023, 12:09           
“The X-Files” və “Ulduz yolu” kimi filmlərin çəkilişində istifadə olunan tarixi anqar yandı - FOTO/VİDEO
ABŞ-də “The X-Files” (“Məxfi materiallar”), “Star Trek” (“Ulduz yolu”) və “Pearl Harbor” (“Pörl Harbor”) filmlərinin çəkilişləri üçün istifadə edilən nəhəng anqar yanıb.

Oxu.Az-ın məlumatına görə, bu barədə Kaliforniyanın (ABŞ) Orinc dairəsi yanğınsöndürmə idarəsi özünün “X” sosial şəbəkə hesabından xəbər verib.


Bildirilib ki, yanğının dinamikası və obyektin dərhal dağılma təhlükəsi ilə əlaqədar olaraq ən yaxşı hərəkət kursu kimi strukturun dağılmasına icazə verilməsi qərara alınıb. Bundan sonra xilasedicilərlər güclü yanğının söndürülməsi işlərinə başlaya biliblər.

Qeyd edək ki, İkinci dünya müharibəsi illərində bu anqarda dirijabllar saxlanılıb.
Son məlumata görə, yanğın artıq nəzarətə alınıb.
















Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru