Məşhur müğənninin çıxış etdiyi məkana silahlı hücum - FOTO

11-11-2023, 12:29           
Məşhur müğənninin çıxış etdiyi məkana silahlı hücum - FOTO
Məşhur musiqiçi Derya Bedavacının konsert verdiyi məkana silahlı hücum olub.

Publika.az "Karar.com"a istinadən xəbər verir ki, qorxunc hadisə Kocaelidə əyləncə məkanlarının birində baş verib.

İddialara görə, musiqiçi Derya Bedavacı konsert verərkən naməlum şəxslər əyləncə məkanına silahlı basqın ediblər. Təşvişə düşən vətəndaşlar stol və stulların altında gizlənib.

Əldə olunan məlumata görə, hadisə zamanı xəsarət alan olmayıb. Hücum edənlər avtomobillərə minərək ərazidən qaçıb.

Faktla bağlı araşdırma aparılır.












Teref.info © 2015
E-mail: n_alp@mail.ru            Telefon: 051 933 93 21            Baş redaktor: Nurəddin (Xoca) İsmayılov
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.