Nadir: Yalançı olmaqdan bezmişəm - VİDEO

11-11-2023, 15:24           
Nadir: Yalançı olmaqdan bezmişəm - VİDEO
"Bütün aparıcılara səslənirəm, xüsusən də səhər verilişlərinə, saat 10:00-da başlayanlara, məni oraya dəvət etməyin. Oyana bilmirəm".

Yenisabah.az xəbər verir ki, bu sözləri müğənni Nadir Qafarzadə sosial media hesabında yayımladığı videomüraciətdə deyib.

O, aparıcılardan onu səhər saatlarına olan proqramlara çağırmamağı xahiş edib:

"Bütün əsəblərim gedir. Səhər 6-dan oyanmalı, bütün işlərimi görməliyəm. Bir-bir kiməsə zəng edib deməyim. O veriliş mənə lazım deyil demirəm, sadəcə mənə çətindir. Səhər verilişlərini istəmirəm. Əsəbim, vaxtım, enerjim gedir. Səhər yatmaq istəyirəm. Ən gözəl vaxtdır səhər 8-10-da yatmaq. İşlərim axşam olur deyə, evə gec gəlirəm, gəlirik. Ona görə də, məni səhər verilişlərinə dəvət etməyin, xahiş edirəm.

Artıq yalançı olmaqdan bezmişəm. Nə qədər bəhanə gətirmək olar, nənəm-babam öldü, halbuki 100 il əvvəl rəhmətə gediblər. Nə bilim, it-pişiyimiz öldü, ya kimsə. Şəxsən öz payıma deyirəm, məni dəvət etməyin".












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru