Toyda pulları bölüşə bilməyən rəqasslar dava etdi - Çənəsini sındırdı

13-11-2023, 15:05           
Toyda pulları bölüşə bilməyən rəqasslar dava etdi - Çənəsini sındırdı
Bakının Nərimanov rayonu ərazisində rəqqaslar arasında baş verən dava ilə bağlı məhkəmə qərar qəbul edib.

Qaynarinfo-nun məlumatına görə, dava şadlıq sarayında onlara verilən qonararın təyinatı üzrə çatmamasına görə baş verib.

Belə ki, Bəhruz Hətəmov (ad-soyad şərti) rəqqas Bakı şəhərində yerləşən şadlıq saraylarının birində təşkil olunmuş toy şənliyində həmkarı Məcid Musayevin (soyad şərti) rəqs qrupu ilə birlikdə iştirak etməsini təşkil edib. Bəhruz bunun qarşılığında toy sahibindən 700 manat alıb.

Bəhruz pulun 500 manatını həmin gün Məcid Musayevə versə də, qalan 100 manatı bir gün sonra verəcəyini bildirib. Amma pulu vermədiyi üçün Məcid və Bəhruz Nərimanov metrosunun yaxınlığında yerləşən "Metro Park" ticarət mərkəzinin yanında görüşüblər. Görüş zamanı Məcidin yanında Seyran və Kamran adlı şəxslər də olub.

Bəhruz Məcidin ona 100 manat borcu olduğu üçün toydan aldığı pulu verməyəcəyini bildirib. Bundan sonra onlar arasında mübahisə davaya çevirilib. Nəticədə Məcid yumuruqla Bəhruzun çənəsini sındırıb.

Məhkəmənin qərarı ilə Məcid Cinayət Məcəlləsinin 127.2.3-cü maddəsində nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirli bilinib və ona 2 il 3 ay müddətə azadlığın məhdudlaşdırılması cəzası təyin edilib.












Teref.info © 2015
E-mail: n_alp@mail.ru            Telefon: 051 933 93 21            Baş redaktor: Nurəddin (Xoca) İsmayılov
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.