Ətək əvəzinə iri sapfir: 50 yaşlı Hollivud ulduzu “çılpaq” geyimiylə göz qamaşdırdı - FOTO

14-11-2023, 11:44           
Ətək əvəzinə iri sapfir: 50 yaşlı Hollivud ulduzu “çılpaq” geyimiylə göz qamaşdırdı - FOTO
Hollivud ulduzu Keyt Bekinseyl 50 yaşına baxmayaraq qeyri-real gözəlliyə və möhtəşəm bədən quruluşuna malikdir. O, cəsarətli qarderobu ilə bunu vurğulamaqdan çəkinmir. Dəbdəbəli şəffaf paltarlar, ultramini geyimlər aktrisanın qarderobunun əsasını təşkil edir.

Buna baxmayaraq o, Salma Hayek, Rita Ora, Jennifer Meyer, Zoe Saldana və bir çox digər məşhurların qatıldığı Leonardo Di Kaprionun ad günü mərasimində yenə hər kəsi geyimi ilə təəccübləndirməyi bacarıb.

Keyt tədbirdə ətəyi əvəz edən iri “sapfir”li qara “body”də görünüb. Açıq-saçıq paltarın “brilliant” dekoru isə onun açıq çiyinlərinə xüsusi cazibədarlıq verib. Aktrisanın yeganə narahatlığı həddindən artıq dikdaban ayaqqabısından olub, ancaq bunun öhdəsindən də köməkçilərinin yardımı ilə gəlib.

Aktrisanın pərəstişkarları onun görünüşündən heyranlıqlarını bildiriblər. Bir çoxları 18 yaşlarında olsalar belə, bu cür geyimə risk etməyəcəklərini bildiriblər. Digərləri isə ulduzun yaşına baxmayaraq gənc görünüşünə görə onu təbrik ediblər.




Mənbə: Wday.ru












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru