82 yaşlı moda imperatoru cinsi təcavüzdə təqsirli bilindi: “Qapıların qulpu yox idi…” - FOTO

14-11-2023, 08:47           
82 yaşlı moda imperatoru cinsi təcavüzdə təqsirli bilindi: “Qapıların qulpu yox idi…” - FOTO
Vaxtilə Kanadanın ən varlı adamlarından biri kimi tanınan iş adamı və moda imperatoru Peter Nigardın davam edən məhkəmə prosesində qərar verilib.

82 yaşlı iş adamı çıxarıldığı məhkəmədə təqsirli bilinib.

Nigardın qadınları otaqda tələyə saldıqdan sonra onlara hücum etdiyi iddia edilib.

Altı həftə davam edən məhkəmə prosesinin sonunda məhkəmə heyəti Nigardın “öz statusundan istifadə edərək” beş qadına cinsi təcavüz etdiyi qənaətinə gəlib.

Onun 1980-ci illərin sonundan 2005-ci ilə qədər beş qadına hücum etdiyi məlum olub və cinsi təcavüz ittihamı üzrə təqsirli hesab edilib.

Nigard bu ittihamları rədd edib, vəkilləri isə bu iddiaların “pul qoparmaq” üçün irəli sürüldüyünü bildiriblər.
Prokurorların sözlərinə görə, Nigard o dövrlərdə 16-28 yaşlarında olan qadınları Torontoda şəxsi lüks yataq otağına cəlb edib. Prokuror Ana Serban yataq otağı ilə bağlı təfərrüatlar barədə açıqlama verib. “Nəhəng bir çarpayı və bar var idi. Qapıların qulpu yox idi və Peter Nigard tərəfindən idarə olunan avtomatik qıfıllar var idi”, - deyə o qeyd edib.

Nigardın qadınları otağa həbs etdiyi və daha sonra onlara hücum etdiyi ittihamı irəli sürülüb.






Mənbə: Haber Global












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru