Geyiminə görə qovuldu: Di Kaprionun sevgilisi ad günü tədbirini göz yaşları içində tərk etdi - FOTO

14-11-2023, 12:58           
Geyiminə görə qovuldu: Di Kaprionun sevgilisi ad günü tədbirini göz yaşları içində tərk etdi - FOTO
Hollivud ulduzu Leonardo Di Kaprio 49 yaşını təntənəli şəkildə qeyd edib. Santa Monikada (ABŞ) məşhur italyan restoranı “Giorgio Baldi”də təşkil edilən şənlikdə Hollivud ulduzları Salma Hayek, Rita Ora, Tayka Vaytiti, Keysi Afflek nişanlısı Keyli Kouenlə birlikdə, Keyt Bekinseyl və digər məşhurlar olub.

Bütün ulduzlar gecəyə ən təxribatçı geyimlərdə gəliblər. Yerli insayderlərin dili ilə desək, geyim kodu “ətək nə qədər qısadırsa, o qədər yaxşıdır” olub.

Ancaq Di Kaprionun sevgilisi, tanınmış model Vittoria Çeretti belə bir hadisə üçün olduqca qəribə geyimdə olub: O, geniş çirkli cins şalvar, ağ top və boş qara gödəkçə ilə tədbirə qatılıb.

İnsayderlərin dediyinə görə, parlaq qonaqlar fonunda tamamilə görünməz qalan Vittoria bütün axşam kədərli görünüb və Leonardo ilə demək olar ki, ünsiyyətdə olmayıb. Daha sonra paparatsiyalar Çerettinin hamıdan əvvəl “tək və az qala ağlayaraq” tədbiri tərk etdiyini bildiriblər.







Mənbə: Wday.ru












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru