Drakon 8 aydır həbsdədir: - məhkəmənin vaxtı elan edildi

14-11-2023, 17:06           
Drakon 8 aydır həbsdədir: - məhkəmənin vaxtı elan edildi
Həbsdə olan rejissor, aktyor Rza Rzayevin kassasiya şikayəti əsasında keçiriləcək növbəti məhkəmə prosesinin vaxtı məlum olub.

Kult.az xəbər verir ki, hakim Nazim Mövsümovun sədrliyi ilə Ali Məhkəmədə keçiriləcək proses 13 dekabr saat 10:25-ə təyin edilib.

Xatırladaq ki, oktyabr ayının 25-ində baş tutmuş proses Rza Rzayevin vəkilinin verdiyi kassasiya şikayətinə əlavənin ətraflı araşdırılması üçün təxirə salınmışdı.

Qeyd edək ki, Rza Rzayev may ayının 18-i Tural Mirzəliyev və Ülvi Quliyevin şikayətləri əsasında 2 il müddətinə həbs edilib.












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru