Dünyanın ən gözəl qadınından 10 milyon oğurladı

16-11-2023, 00:11           
Dünyanın ən gözəl qadınından 10 milyon oğurladı
1960-cı illərdə "dünyanın ən gözəl qadını" kimi tanınan italyan aktrisa Gina Lollobrigidanın yanvar ayında 95 yaşında vəfat etməmişdən əvvəl özündən 59 yaş kiçik sevgilisi Andrea Piazzolla tərəfindən aldadıldığı ortaya çıxıb.

Xarici medianın məlumatına görə, aktrisanı manipulyasiya edərək 10 milyon avroluq əmlakı mənimsəməkdə təqsirli bilinən Andrea Piazzolla 3 il müddətinə azadlıqdan məhrum edilib.
Gina Lollobrigida vəsiyyətində mülkünü oğlu Milko Skofic Jr-a və Andrea Piazzolla arasında paylaşıb. Vəsiyyətnamə elan edildikdən sonra aktrisanın oğlu Andrea Piazzollanı anasını əmlakın bir hissəsini ona vermək üçün manipulyasiya etməkdə günahlandırıb.
İddianı araşdıran səlahiyyətlilər aktrisanın sərvətində 10 milyon avronun olmadığını müəyyən ediblər. Andrea Piazzollanın məşhur aktrisanın əmlakını mənimsədiyi üzə çıxıb.
Qeyd edək ki, aktrisa həyatının son illərini 1998-ci ildə 21 yaşında sürücü kimi işə başlayan, 2013-2018-ci illər arasında köməkçisi, sonra onun sevgilisi olan Andrea Piazzolla (36) ilə keçirib. 3 il müddətinə azadlıqdan məhrum edilən Piazzolla “Gina Lollobrigidaya sevgi ilə baxan yeganə insan mən idim” deyərək qərardan şikayət edəcəyini bildirib.













Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru