Hollivudun məşhur modelinin son halı görənləri şoka saldı - FOTO

17-11-2023, 15:34           
Hollivudun məşhur modelinin son halı görənləri şoka saldı - FOTO
Keçmiş məşhur model, 10-12 il əvvəl podiumlarda və məşhurların ən dəbli məclislərində göz qamaşdıran, lakin bir neçə ildir ki, gözlərdən itən Loni Uillison paparatsiyaların kameralarına tuş gəlib.

Onun görünüşü görənləri şoka salıb, ulduzu tanınmaq olmur. Keçmiş modelin bir vaxtlar xoşbəxtliklə parlayan cazibədar gülüşünü dişsiz təbəssüm əvəz edib. Keçmiş modelin üzündə qançır izləri də görünüb.

Hazırda onun cəmi 40 yaşı olsa da, fotodan 70 yaşındakı kimi görünür.

Qeyd edək ki, Uillisonun karyerası 2014-cü ildə əri Loni Ceremi Ceksondan boşanandan sonra məhv olub. Proses model üçün çətinliklə keçib, Loni isə hər kəsə güclü və müstəqil olduğunu sübut etmək əvəzinə qeyri-qanuni maddələrə aludə olub. Beləliklə modellik karyerası çöküb.

Sonralar o, cərrah köməkçisi, daşınmaz əmlak agentinin köməkçisi kimi işlərə düzəlsə də, uzun müddət heç yerdə qala bilməyib.

2016-cı ildə Uillisonun psixi sağlamlıq problemləri başlayıb, sonra kirayəni belə ödəyə bilməyib və mənzilindən qovulub.

Beləliklə Loni medianın da radarından itib, nə ailəsi, nə də dostları onun harada olduğunu bilməyiblər.

Bir müddət sonra jurnalistlər keçmiş modelin küçədə məskunlaşdığını və avara həyat tərzi sürdüyünü öyrəniblər. Keçmiş gözəlin şəkli bir neçə il ərzində bütün Amerika mediasında yayılıb, bir neçə dost dərhal ona öz köməklərini təklif ediblər.
Podiumdakı keçmiş həmkarı Kristin Rossetti isə Lonini malikanəsinə aparıb və ona bacardığı qədər kömək etməyə çalışıb - yaxşı bir klinikada müalicə elətdirib, işə düzəlməsi üçün əlaqələr qurub.

Amma bu da kömək etməyib. Uillison yenə küçədə qalıb. Bunun səbəbi bilinməyib. Bəlkə də belə həyat tərzini sevib...






oxu.az












Teref.info © 2015
E-mail: n_alp@mail.ru            Telefon: 051 933 93 21            Baş redaktor: Nurəddin (Xoca) İsmayılov
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.