Rasim Balayev və Şəfiqə Məmmədova sədr olmaq istəyir

17-11-2023, 19:45           
Rasim Balayev və Şəfiqə Məmmədova sədr olmaq istəyir
Bu ilin iyul ayınun 26-da Azərbaycan Respublikası Kinematoqrafçılar İttifaqı və Azərbaycan Kinematoqrafçılar İttifaqı birləşəcəyi barədə bəyanat yayıblar. Yeni ad kimi Kinematoqrafçılar Birliyi təklif edilib. Sözügedən birliyin qurultayının il sonuna doğru olacağı gözlənilir.

Yeni yaradılacaq Birliyin sədrinin kim olacağı məlum deyil.

Məsələ ilə bağlı Modern.az-a danışan xalq artisti Rasim Balayev hələ ümumi iclasın olmadığını bildirib:

"Bizim İdarə Heyəti məni namizəd olaraq irəli sürüb. Qarşı tərəfin idarə heyəti isə Şəfiqə Məmmədovanın namizədliyini irəli sürüb. Amma bizim ümumi iclasımız olmayıb. Ümumi iclas ya bu ayın sonu, ya da gələn ayın əvvəllərində baş tutmalıdır", - Rasim Balayev vurğulayıb.

Azərbaycan Respublikası Kinematoqrafçılar İttifaqı 2012-ci ildə yaradılıb və ittifaqın idarə heyətinin hazırkı sədri Xalq artisti Şəfiqə Məmmədovadır. Azərbaycan Kinematoqrafçılar İttifaqı isə 1963-cü ildən fəaliyyət göstərir, ittifaqın idarə heyətinin hazırkı sədri Xalq artisti Rasim Balayevdir.












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru