Amerikalı pop-müğənnin konsertində faciə baş verib

19-11-2023, 10:37           
Amerikalı pop-müğənnin konsertində faciə baş verib
Amerikalı pop-müğənni Teylor Sviftin pərəstişkarı ifaçının Rio-de-Janeyroda verdiyi konsert zamanı həyatını itirib.

Braziliya mətbuatının yazdığına görə, həyatını itirən qadın 23 yaşılı Ana Klara Benevidesdir.

Qadın konsert meydançasının birinci sırasında olub. İddiaya görə, o, stadiondakı sıxlıqdan və boğanaq səbəbindən huşunu itirib. Müğənninin fanatı xəstəxanada dünyasını dəyişib.

İlkin məlumata görə, Teylor Sviftin konserti zamanı stadionda temperatur 60 dərəcə çatıb, buna tamaşaçıların çoxluğu və Rio-de-Janeyroda yaranan anomal istilər səbəb olub.
Maraqlıdır ki, buna rəğmən konsert təşkilatçıları stadiona su gətirməyi qadağan ediblər.

Hətta konsertin gedişində Teylor Svift çıxışını yarımçıq saxlayıb və pərəstişkarlarına su paylayıb.

Mənbə: Folha de S. Paulo












Teref.info © 2015
E-mail: n_alp@mail.ru            Telefon: 051 933 93 21            Baş redaktor: Nurəddin (Xoca) İsmayılov
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.