Beren qadınlara ilham verdi
23-11-2023, 11:06
Kaş ki, qadınları iş həyatından uzaqlaşdıran romantik sevgi olsaydı. Heç olmasa xoşbəxt olardılar. Düşünürəm ki, əsas problem sosial vərdişlərin həyata keçirilməsi ilə bağlı gözləntilər, qadının davamlı olaraq gücsüzləşdirilməsi və iş qabiliyyətinin “mübarizə” kimi müəyyən edilməsidir. Qadınlar istədikləri işi sevgi ilə və dinc bir mühitdə edə bilsələr, heç kim onları saxlaya bilməz.
Publika.az xəbər verir ki, bu sözləri aktrisa Beren Saat "Vogue" jurnalına müsahibəsində deyib. Xəbər verdiyimiz kimi jurnalın noyabr ayının üz qabığı üçün kamera qarşısına keçən ulduz müsahibəsində qadınlara həm dəstək olmağa çalışıb, həm də öz arzularından söz açıb.
“Uğurlarımla qürur duymaq qədər özümü "komfort zonamdan" çıxartmaq da mənim öhdəliyimdir. Həyatımda dəfələrlə özümü məcbur edib potansialımı üzə çıxarmağa çalışdım. İndi isə musiqi dili ilə çatdırmaq istədiyim fikirlərim var", - ulduz qeyd edib.