Aytən Səfərova kişiləri tənqid etdi: “Burnunuzdan, qulağınızdan çıxan tükləri az qala hörəsiniz” – VİDEO

23-11-2023, 15:44           
Aytən Səfərova kişiləri tənqid etdi:
Aparıcı Aytən Səfərova kişiləri tənqid edib.

Bizim.Media xəbər verir ki, Aytən aparıcısı olduğu “Xəbər-ətər” verilişində əks cinsin nümayəndələrinin natəmizliyindən söz açıb.

“Kişilər, burnunuzdan, qulağınızdan tüklər çıxır, az qala ki, onları hörəsiniz. Nə olar, bir dəfə gedin, onları lazer etdirin. Lazer təkcə qadınlar üçün deyil. Burunlarınızın üstündə iki tək, bir cüt tüklər var, onları sağa-sola, yuxarı-aşağı darayırsınız. “Gül-çiçək olur”... Gedin, onları lazerlə götürün. Qulağınızdan çıxan tüklərə də əncam çəkmək lazımdır. Lazer gigiyena və təmizlikdir.

Kim deyib ki, lazer təkcə qadınlar üçündür? Kişilər də istifadə etməlidir. “Mono” qaşlar var... Sanki onlar qağayıdırlar... Axı niyə onları düzəltdirmirsiniz?

Aşpazlar yemək bişirirlər, qollarını çırmalayanda böyük ölçüdə tükləri göz önünə çıxır. O aşpazın bişirdiyi yeməyi yeyəndə, bilmirsən ki, o tük harada qalıb”,- deyə Aytən vurğulayıb.












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru