Rus aktrisanı əsgərlərin önündə öldürdülər

23-11-2023, 16:01           
Rus aktrisanı əsgərlərin önündə öldürdülər
Aktrisa və rejissor Polina Menşix Ukraynanın şərqindəki Donetskdə rus əsgərləri qarşısında çıxış edərkən öldürülüb.

40 yaşlı Menşix 19 noyabr bazar günü hərbi bayram tədbiri çərçivəsində səhnəyə çıxıb.

150 nəfərlik olduğu deyilən salonda çəkilən görüntülərdə Menşıxın partlayışdan əvvəl rus əsgərlərinə mahnı oxuduğu və gitara çaldığı görünür.

Bu vaxt partlayış səsi eşidilir, elektrik kəsilir və səs yazısı bitir.

Ölümü həmkarları tərəfindən təsdiqlənən Menşixin hücumdan sonra xəstəxanaya yerləşdirildiyi, lakin sağ qalmadığı bildirilib.

Ukrayna ordusu rəsmiləri BBC-yə açıqlamasında noyabrın 19-da hücumu təsdiqləyib.

Hücumdan sonra Rusiyada çoxlu əsgərin eyni vaxtda və yerdə toplanması tənqid edilib.












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru