Bu dəfə 30 illik yubiley pozaları ilə gündəm oldu Türkiyənin tanınmış aktrisası Hande Erçel özünə ad günü keçirib.
“Qafqazinfo” Türkiyə mətbuatına istinadən xəbər verir ki, noyabrın 24-ü 30 yaşını qeyd edən aktrisa bunun üçün böyük şənlik təşkil edib. Hər zaman özəl həyatı və rolları ilə gündəmdə olan Hande bu dəfə yubileyi üçün təşkil etdiyi “The Great Gatsby” temalı partidə çəkdirdiyi fotoları ilə dillərə düşüb.
İki fərqli geyim seçən Erçel bir-birinin ardınca 30 illik yubiley pozalarını paylaşıb.
Bu özəl gündə Handenin bacısı Gamze Erçel və həyat yoldaşı Caner Yıldırım, sevgilisi Hakan Sabancı, onun qardaşı Hacı Sabancı və həyat yoldaşı Nazlı Sabancı da iştirak edib.
İnstaqramda 30 milyondan çox izləyicisi olan Hande Erçel izləyiciləri tərəfindən bəyənmə və şərhlər alıb.
Qeyd edək ki, Hande Erçel hazırda “Bambaşka biri” serialında baş rolu canlandırır.