Meyxanaçı bu görüntülərə görə qınandı: “Qonaqların boynuna çıxıb...” - VİDEO

27-11-2023, 17:48           
Meyxanaçı bu görüntülərə görə qınandı:
Meyxanaçı Rövşən Binəqədili son hərəkəti ilə gündəmə gəlib.

Məclislərin birində məşhur “Can gedirik almağa” mahnısını səsləndirən ifaçını qonaqlar boynuna çıxarıb.

Məclisdən olan həmin görüntüləri meyxanaçı özü “TikTok” hesabında paylaşıb.

Onun bu görüntüləri sosial şəbəkə iustifadəçiləri tərəfindən birmənalı qarşılanmayıb və söz ustadının bu addımı tənqid edilib.

Qeyd edək ki, Rövşən Binəqədili Vətən Müharibəsi dövründə sosial şəbəkələrdə trendə çevrilmiş “Can gedirik almağa” mahnısını tez-tez qonaq olduğu məclislərdə səsləndirir.

Binəqədili sözügedən mahnını Tovuz döyüşləri zamanı yazıldığını, amma Vətən Müharibəsində trendə çevrildiyini bildirmişdi.

Həmin görüntüləri təqdim edirik:













Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru