“Gənc aşıqları yıxıb-sürüyürsən, amma özün...” - Aparıcıdan KƏSKİN ETİRAZ

28-11-2023, 11:35           
“Gənc aşıqları yıxıb-sürüyürsən, amma özün...” -
“Nə geyindiklərini bilməyən” həmkarlarını hədəfə alan aşığın özü sərt tənqidə tuş gəldi.

Yenicag.az xəbər verir ki, bu sözləri aparıcı Amil Xəlil verlişində Aşıq Ədalət Dəlidağlıya xitabən deyib.

Aparıcı efirdə həmkarlarını tənqid edən aşığa irad tutaraq, onu pərt edib:

“Bayaqdan gənc aşıqları yıxıb-sürüyürsən, amma özün verilişə gəlmisən, heç aşıq libası geyinməmisən, papaq qoymamısan”.

Aşıq Ədalətin onunla razılaşmaqdan başqa çarəsi qalmayıb:

“Papaq bizim milli dəyərimizdir, aşığı papağı ilə tanıyarlar. Düz deyirsən, bu, mənim səhvimdir. Gərək aşıq libası geyinib, papaq qoyaydım”.
Teref. Xocanın Blogu
Səhifəmiz hamnın üzünə açıqdı












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru