"Nəriman Nərimanov" metrostansiyasında rəhmətə gedən müğənni Çinarə Məlikzadənin atası imiş

30-11-2023, 00:11           
"Nəriman Nərimanov" metrostansiyasında rəhmətə gedən müğənni Çinarə Məlikzadənin atası imiş
"Nəriman Nərimanov" metrostansiyasında sərnişin vəfat edib
"Bakı Metropoliteni" QSC-nin "Nəriman Nərimanov" stansiyasında qatardan düşərək ərazini tərk edən yaşlı kişi sərnişin stansiya vestibülündə özünü pis hiss edib və vəfat edib.
Bu barədə qurumdan bildirilib.
Məlumata görə, stansiyaya çağırılmış təcili tibbi yardım xidməti onun dünyasını dəyişdiyini təsdiq edib.
Bu gün metroda dünyasını dəyişən şəxs - 1962-ci il təvəllüdlü Məlik Ağalar oğlu Məlikzadə müğənni Çinarə Məlikzadənin atası imiş
Bu barədə aparıcı Hacı Nuran Hüseynov məlumat verib.
Ruhu şad olsun!
Teref. Xocanın Blogu












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru