Gəlinin başına qonan “şahlıq quşu” müəllifə 3000 dollar qazandırdı - FOTO

2-12-2023, 17:14           
Gəlinin başına qonan “şahlıq quşu” müəllifə 3000 dollar qazandırdı - FOTO
Bu ilin ən yaxşı toy görüntüsü seçilib. Bu başında “şahlıq quşu” qonan gəlinin fotosudur.

Kadrı tanınmış kanadalı fotoqraf Tara Lilli Uistler şəhərində ucqar dağ zirvəsində Mitç və Mikaella cütlüklərinin toy mərasimi zamanı çəkib. Şəklin müəllifinin sözlərinə görə, bəy and içərkən qəfildən bir quş hardansa uçub gələrək gəlinin başına qonub. Sürpriz vəziyyətdən gəlin şoka düşüb və sevinclə “Ağca xanım oldum” deyə qışqırıb.

Bu möhtəşəm anı əbədiləşdirmək Tara Lilliyə ən yaxşı toy fotoqrafı adını və 3 000 dollar məbləğində mükafat qazandırdı.

“International Wedding Photographer Of The Year Awards”ın münsiflər heyəti bu şəkli 1700 kadr arasından seçiblər.
Digər qalib fotoları da təqdim edirik.

















Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru