Sosial şəbəkələrin Azərbaycan seqmentində tik-tok platformasının bağlanmasına, ən yaxşı halda fəaliyyətinə məhdudiyyət qoyulmasına çağırışlar səslənir. Tribunainfo.az yazır ki, feysbuk istifadəçiləri tik-tokda baş verənləri səviyyəsizlik və rüsvayçılıq adlandıraraq həmin platformada nələr olduğuna diqqət çəkiblər. Sosial media fəalları yazırlar ki, fahişəlik, qumar, cəmiyyətdə statusu olmayan bəzilərinin populyarlaşıb pul yığması, biabırçı video çıxışlar və s. Tik-toku başına götürüb. Xüsusən gənc nəsli və uşaqları özünə cəlb etdiyi, senzura və çərçivələrin olmadığına görə. İstənilən filtrlənməmiş kontent, hər cür manyak, tərbiyəsiz, normal həyat prinsipləri olmayanlar istənilən kontenti çəkib qoyur və cavanlar da elə bilir, bu normaldır. Təqlid etməyə çalışırlar. Bu da uçuruma aparır…