Rusiyalı məşhur aktyor xəstəxanadan evə buraxıldı

5-12-2023, 10:54           
Rusiyalı məşhur aktyor xəstəxanadan evə buraxıldı
İnfarkt keçirdiyi üçün xəstəxanaya yerləşdirilən Rusiyanın xalq artisti Mixail Boyarski evə buraxılıb.

Bu barədə aktyorun həyat yoldaşı Larisa Luppian bildirib. Məlumata görə, o, artıq özünü yaxşı hiss edir.

Xatırladaq ki, ötən həftə qəfildən halı pisləşən tanınmış aktyor və ifaçı ürək tutması ilə xəstəxanaya yerləşdirilmişdi.

Oğlu Sergeyin dediyinə görə, xoşbəxtlikdən həmin vaxt onun yanında anası olub və vəziyyətə dərhal müdaxilə edilib. Yoxsa bu, aktyor və ifaçı üçün ölümlə nəticələnə bilərdi.












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru