Alla Puqaçovanın Kiprdə halı pisləşib

6-12-2023, 16:35           
Alla Puqaçovanın Kiprdə halı pisləşib
Rusiya estradasının primadonnası Alla Puqaçovanın Kiprdə alış-veriş zamanı halı pisləşib.

Bu barədə xəbəri obyektin müştəriləri veriblər.

“Alla Borisovna səhhətinin pis olduğunu gizlətmədi. Satıcıya səhhətindən şikayət etdi. O, hətta daha böyük ölçüdə ayaqqabı almağa məcbur oldu. Əvvəlki ayaqqabılarının daha ayağına gəlmədiyini, hər gün ayaqlarının şişdiyini dedi. Gözümə yaxşı görünmədi”, - deyə müştəri bildirib.

Onun sözlərinə görə, A.Puqaçova küçədə mühafizəsiz, yalnız köməkçisi və sürücüsü ilə olub.
Sənətçinin butikdən beş min avro dəyərində alış-veriş etdiyi bildirilib.

Mənbə: gazeta.ru












Teref.info © 2015
E-mail: n_alp@mail.ru            Telefon: 051 933 93 21            Baş redaktor: Nurəddin (Xoca) İsmayılov
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.