Məşhur türkiyəli aktrisanın əyləncəli hamiləlik görüntüləri - FOTO

28-02-2024, 17:14           
Məşhur türkiyəli aktrisanın əyləncəli hamiləlik görüntüləri - FOTO
Ən son rol aldığı “Camdaki kız” serialı ilə yadda qalan məşhur türkiyəli aktrisa Burcu Biricik əyləncəli hamiləlik fotolarını paylaşıb.

2014-cü ildə reklamçı Emre Yetkinlə ailə həyatı quran aktrisa qız övladına hamilədir. 34 yaşlı Burcu özünəməxsus hamiləlik pozalarını yayımlayıb.

Bir-birinin ardınca paylaşımlar edən Burcu Biricik həyat yoldaşı Emre Yetkin və rejissor Buğra Alkıroğlu ilə güzgü qarşısında çəkdirdiyi əyləncəli fotonu da əlavə edib.

Hamiləlik fotoları qısa zamanda izləyicilərinin böyük marağına səbəb olub. Həmçinin dostlarından çox sayda şərhlər gəlib. Merve Dizdar, Demet Evgar, Pınar Deniz, Enis Arıkan və Ecem Özkaya kimi məşhur adlar da aktrisanın fotolarına rəy bildiriblər.






Mənbə: ODA.tv












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru