Məşhur türk müğənnisi Bakıya əlil arabasında gəldi, konsert verdi –FOTO

6-04-2024, 10:18           
Məşhur türk müğənnisi Bakıya əlil arabasında gəldi, konsert verdi –FOTO
Məşhur terk müğənnisi Serdar Ortaç Azərbaycana gəlib.

Azpost.info bildirir ki, sənətçi aprelin 5-də Heydər Əliyev adına sarayda konsert verib. Bu barədə teleaparıcı Hacı Nuran paylaşımında bildirib.

“Azərbaycan sevgisini təkcə ürəyində, dilində deyil, həm də oxuduğu mahnılarda yaşadan Sərdar Ortac Bakıya gəldi. Sənətkarın növbəti konserti bu gün aprel ayının 5-də Heydər Əliyev sarayında baş tutdu. Bütün hit mahnılarını canlı ifa edən Sərdar Ortac repertuarına yeni bəstələr də əlavə edib. Konsert çox yaddaqalan oldu”.

Qeyd edək ki, Hacı Nuranın paylaşdığı fotolarda Serdar Ortaç əlil arabasında oturub.

Xatırladaq ki, sənətçi uzun illərdir ki, mMultipl skleroz (MS) xəstəsidir. MS (Dağınıq skleroz) insanın immun sistemindəki pozğunluq nəticəsində beyin və onurğa beyni ilə bir xəstəlikdir. Dünyada təxminən 3 milyon, Türkiyədə isə 35 min insanı əhatə edir. MS xəstəliyi yalnız müvafiq müalicə və müntəzəm izləmə ilə nəzarət altında saxlanıla bilər.













Teref.info © 2015
E-mail: n_alp@mail.ru            Telefon: 051 933 93 21            Baş redaktor: Nurəddin (Xoca) İsmayılov
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.