Hovuzdakı Afaq Gəncəli, Nadirə ölüm arzulayanlar, Nigarın kişi zövqü - HƏFTƏBECƏR
22-08-2016, 10:40
Dünyada nadir xalqlardanıq ki, nə qədər kasıblıqdan gileylənsək də, kisənin künc-bucağında ehtiyatımız olur. Hətta bəziləri kasıblıqdan gileylənməyə adət ediblər. Elə çal-çağır əhlini də bu sıraya aid etmək olar. Bir neçə gün öncə saytlar Türkiyədə evə sahib olan sənət adamlarının siyahısını dərc edib. Konkret adlar çəkmək fikrim yoxdur və buna yer sərf etmək də istəmirəm. Lakin siyahıda sürpriz adların olduğunu demək olar. Bircəciyinin adı bəs edər, yəqin ki - Nadir Qafarzadə. O Nadir ki, "erməni mənim düşmənim deyil" söyləmişdi, xalqının nümayəndələrini kölə adlandırmışdı.
Maraqlıdır, görəsən, Azərbaycandan neçə alimin Türkiyədə yox, elə vətənimizdə şəxsi mənzili var? Şəxsən mən onlarla alim tanıyıram ki, kirayələrdə ömür-gün çürüdürlər. Amma məsləhətdir ki, toylarımıza Nadir Qafarzadəni dəvət edib, bir az da varlandıraq. Ayıbdır axı, o boyda sənətçinin Türkiyədə bircə evi var. Bəs bunun Londonu, bəs Vaşinqtonu, bəs Moskvası? Dünya adama gülər ki, Nadir kimi sənətkarın cəmi bir ölkədə evi var.
Yeri gəlmişkən, Nadir mərhum Rövşən Lənkəranskinin (Canıyev) ölümü haqda deyib ki, kaş mən ölərdim. Camaat da sosial şəbəkələrdə yazıb ki, yaxşı arzudur. Yəni xalq sənətkarının arzusuna qoşulub. Deyirəm, hörmət-izzət sahibi olmaq budur e. Bu arada xalq artisti Ramiz Məlik də Qafarzadəyə deyib ki, əsgərliyini yadına sal. Əcəba, Ramiz müəllim onunla əsgərlikdə bir yerdə olubmu? Axı yaş fərqləri buna imkan vermir. Görünür, bilmədiyimiz çox şeylər var.
Nigar Camal çoxdandır müsahibə vermirdi. Adını gah cavan oğlanla hallandırdılar, gah evli kişiylə. Özü də kişilərlə bağlı danışıb. Deyib ki, yaraşıqlı kişilər arvadfason olurlar. Bu açıqlamadan belə qənaətə gəlmək olar ki, Nigarın gördüyü yaraşıqlı kişilər arvadfason olublar. İnanıram ki, oxucular nə Rasim Balayev, nə Fəxrəddin Manafov, Rafael Dadaşov haqda belə fikirdə deyillər. Deməli, arvadfason olmaq görkəm məsələsi deyil, xarakter məsələsidir.
Dostlar, durum çox kritikdir. Hətta o qədər kritikdir ki, Tolik camaata ağıl verməyə qalxıb. Hələ ağıl verməyi azmış kimi, Samiraldonun müdafiəsində cani-dildən iştirak etməkdədir. O Samiraldo ki, ciddiliyi, kimliyi və s. sual doğurur. Əslində, sual-zad doğurmur e, nə isə... Yadımdadır ki, uşaq olanda yaşadığım qəsəbədə Samiraldo kimi cəmi bircə nəfər var idi. Ona da nə kişilər, nə də qadınlar salam verirdilər. Sanki camaat belə adama salam verməyi şanına kəsir bilirdi. Dövran necə dəyişibsə, insanlar belələriylə şəkil çəkdirib paylaşmağı özlərinə fəxr bilirlər. Hələ Tolik də deyir ki, Samiraldoya söz deməyin, evdəkilərinizin namusunu çəkin.
Aparıcı Afaq Gəncəli sosial şəbəkədə hovuzda çəkdirdiyi fotoları paylaşıb. Adamın başının üstündə Allah var, babat hovuz idi...
Milli.Az