Kamil Zeynallıdan hədə-qorxu - Foto

22-08-2016, 11:55           

Müğənni Gülay Zeynallının həyat yoldaşı, məşqçi Kamil Zeynallı sosial şəbəkədə qalmaqallı paylaşım edib.

teref.az qafqazinfo-a istinadən xəbər verir ki, məşqçi onun stilist Samir Əliyevlə (Samiraldo) ilə birgə fotosunu səhifələrdə paylaşan şəxslərə sərt bir şəkildə müraciət edib.

K. Zeynallı stilistlə birgə şəkillərinin yayılmasına etirazını bildirib, paylaşımda təhqiredici sözlərdən istifadə edib:

“Əgər bu şəkli hansısa yerdə görsəm, həmin səhifənin admini məndən inciməsin. Onun nəslini, var-yoxunu cərgəyə düzəcəm. hansısa səhifə qoyubsa, mənə direktə atın, xahiş edirəm. Çox səhifədən sildirmişəm. Şəkildə başqa adam olsa, yəni normal insan, adamı yandırmaz, gör məni kimlə yan-yana düzəldiblər”.














Teref.info © 2015
E-mail: [email protected]            Telefon: 051 933 93 21            Baş redaktor: Nurəddin (Xoca) İsmayılov
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.