ANS TV-nin saytı açılıb? - Açıqlama

23-08-2016, 23:20           

Bu gün bəzi mətbuat orqanlarında “ANS TV-nin saytı yenidən açıldı” başlığı ilə xəbərlər yayılıb.

Məsələ ilə bağlı açıqlama verən ANS TV-nin əməkdaşı Eldəniz Elgün bildirib ki, ANS TV-nin “anstv.ws” saytı rəsmi olaraq bağlanmamışdı: “ Sadəcə ANS TV və ANS ÇM radiosu bağlandığı üçün biz də saytın fəaliyyətini təhlükəsizlik baxımından müvəqqəti dayandırılması qərarına gəlmişdik. Həm də saytın bəzi texniki problemləri var idi. İndi sayt işləmir, sadəcə görüntü olaraq mövcuddur. Sayt o zaman işlək olar ki, yeni xəbərlər yerləşdirilsin”.

Lent.az












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru