67-ci Qremmi mükafatlarının təqdimat tarixi bəlli oldu

22-05-2024, 16:34           
67-ci Qremmi mükafatlarının təqdimat tarixi bəlli oldu
Növbəti Qremmi mükafatlarının təqdimetmə mərasimi 2 fevral 2025-ci ildə Los-Ancelesdə keçiriləcək.

Bu barədə mükafatı təqdim edən ABŞ Milli Səsyazma İncəsənəti və Texnologiyası Akademiyası məlumat yayıb.

Məlumata görə, mükafata namizədlərin adları noyabrın 8-də açıqlanacaq. Səsvermə 2025-ci il yanvarın 3-dək davam edəcək. 16 sentyabr 2023-cü il və 30 avqust 2024-cü il tarixləri arasında yayımlanan musiqi əsərləri mükafata müraciət edə bilər.

Qeyd edək ki, mükafatın ideyası 1950-ci illərin ortalarında ABŞ Səsyazma Sənayesi Assosiasiyası tərəfindən irəli sürülüb. 1958-ci ildə bu təşkilat Qremmi ("qrammofon" sözündən) adlı mükafat təsis edib. Mükafat kiçik qızılı qrammofon formasındadır.

Mənbə: TASS












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru