Burçin Terzioğlu 40 yaşında öyrəndiyi və həyatını dəyişdirən həqiqətdən danışdı

11-06-2024, 15:54           
Burçin Terzioğlu 40 yaşında öyrəndiyi və həyatını dəyişdirən həqiqətdən danışdı
Məşhur türkiyəli aktrisa Burçin Terzioğlu yaşı ilə əlaqədar səmimi açıqlaması ilə gündəm olub. Belə ki, o, indi bütün qorxulardan azad olduğunu və bunun həyatını müsbət yöndə dəyişdirdiyini bildirib.

Bu barədə o, yerli nəşrlərin birində danışıb.

"40-cı yaşımı yaşayıram. Qorxularımdan, utancaqlığımdan xilas oldum. Bütün qaydaları pozdum, həyatı improvizə edirəm", - deyə o bildirib.

Aktrisa hazırda həyatının tam ortasında olduğunu, eşq həyatının isə bir qədər kənarda qaldığını vurğuladı:

"Həmcinslərimə və hazırda geri qayıtmaq mümkün olsaydı 20 yaşlı Burçinə deyərdim ki, gözəl sadəlövhlüyün verdiyi cəsarətin dadını çıxar. Gözünü yum, qulağını tıxa, ayağına dikdaban geyin, bütün dəlilikləri et".

Türkiyəli ulduz tənhalığı çox sevdiyini qeyd edib.

"Hansısa restorana, ya kinoteatra tək getməyi çox xoşlayıram", - deyə Terzioğlu əlavə etdi.

O, həmçinin qeyd edib ki, məsafəli qəbul edilməkdən narahat olmur:

"Arada məsafə olmasını sevən biriyəm. Sevdiyim insanı "pambıqlara bükərəm", qəlbimin ən qiymətli yerinə qoyaram və həqiqi, əyləncəli, səmimi Burçinlə tanış edərəm. Tanısanız məni sevərsiniz", - deyə Terzioğlu sözlərini yekunlaşdırb.


Mənbə: Haber Global












Teref.info © 2015
E-mail: n_alp@mail.ru            Telefon: 051 933 93 21            Baş redaktor: Nurəddin (Xoca) İsmayılov
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.