Burcu Biricik hamiləliyinin son dövründəki fotosu ilə diqqət çəkdi

22-06-2024, 15:54           
Burcu Biricik hamiləliyinin son dövründəki fotosu ilə diqqət çəkdi
Doğumuna az qalan və ana olmaq üçün günləri sayan məşhur türkiyəli aktrisa Burcu Biricik yeni hamiləlik fotosunu paylaşıb.

Emre Yetkinlə xoşbəxt evliliyi olan və bu yaxınlarda ana olmağa hazırlaşan aktrisa doğuma bir neçə gün qalmış yaxın dostları, tanınmış aktrisalar Aydan Taş və Ecem Özkaya ilə görüşüb.

Aydan Taş birlikdə çəkdirdikləri fotonu sosial şəbəkədə paylaşıb, Ecem Özkaya isə fotoya verdiyi şərhdə "Loading" (yüklənir - red.) ifadəsini işlədib.

Bu paylaşımlar böyük marağa səbəb olub.



Mənbə: NTV.com.tr












Teref.info © 2015
E-mail: n_alp@mail.ru            Telefon: 051 933 93 21            Baş redaktor: Nurəddin (Xoca) İsmayılov
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.