Məşhur rusiyalı aktyorun bank hesabları bloklandı

18-07-2024, 13:08           
Məşhur rusiyalı aktyorun bank hesabları bloklandı
Məşhur rusiyalı aktyor Pavel Priluçnının bank hesabları vergi orqanları tərəfindən bloklanıb.

Bu barədə Oxu.Az "SHOT" "Telegram" kanalına istinadən bildirir.

Məlumata görə, aktyor Federal Vergi Xidmətinə bəyannamə təqdim etməyib. Pavel Priluçnı iyulun 3-dək yaradıcılıq fəaliyyəti ilə bağlı maliyyə hesabatını verməli idi, amma etməyib, bəlkə də sadəcə unudub.

Lakin buna görə indi üç bankda özünün fərdi sahibkarlıqla əlaqəli hesablarından istifadə edə bilməz. İndi "Major" filminin ulduzu vergi orqanları ilə bu məsələləri həll etməli olacaq.

Hazırda Priluçnının həmçinin keçmiş həyat yoldaşı Aqata Museniese ilə çətin məhkəmə prosesləri gedir. O, oğlu və qızı üçün alimentin məbləği ilə bağlı apellyasiya şikayəti verməyə çalışır. Uşaqların kiminlə yaşayacağı ilə bağlı da mübarizə gedir.












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru