Bella Hadid "Adidas"ı məhkəməyə verəcək

22-07-2024, 18:04           
Bella Hadid "Adidas"ı məhkəməyə verəcək
Supermodel Bella Hadid 1972-ci il Olimpiadası ilə bağlı qalmaqallı reklamdan sonra "Adidas" ilə məhkəməyə hazırlaşır.

Hadid məhkəməyə müraciət edəcək vəkilləri işə götürüb.

Supermodel "Adidas"ın ondan reklam kampaniyasında istifadə etməsinə və adının qalmaqala qarışmasına görə məsuliyyət daşımasını istəyir.

Qeyd olunur ki, məşhur hələlik brendlə müqaviləni pozmayıb.

Xatırladaq ki, bu yaxınlarda "Adidas" fələstinli model Bella Hadidin çəkildiyi idman ayaqqabısı reklamına görə üzr istəyib. Brend 1972-ci ildə Münhen Olimpiadasının şərəfinə ayaqqabı buraxıb. Olimpiada zamanı 11 israilli idmançı Fələstinin "Qara sentyabr" terror qruplaşması tərəfindən girov götürülərək öldürülüb.
gazeta.ru












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru