Son model "Nissan"ı 65 metr yüksəklikdən yerə atdılar VİDEO

11-09-2024, 16:44           
Son model "Nissan"ı 65 metr yüksəklikdən yerə atdılar  VİDEO
Fransanın paytaxtı Parisin ətrafındakı qəsəbələrdən birində avtomobillə tullanma üzrə yeni dünya rekordu qeydə alınıb.

Ən yeni "Nissan Qashqai" markalı avtomobil sürücüsü ilə birlikdə 65 metr hündürlükdən kəndirlə yerə atılıb.

Oxu.Az xəbər verir ki, müvafiq video artıq Ginnesin Rekordlar Kitabının rəsmi "YouTube" kanalında yayımlanıb.

Maşını fransalı yarışçı və kaskadyor Loran Laskom idarə edib. Avtomobildən lazımsız hər şey çıxarılıb, yalnız ön panel və sürücü oturacağı qalıb.

Rekord insidentsiz qeydə alındıqdan sonra avtomobil və sürücü uğurla yerə endirilib.













Teref.info © 2015
E-mail: n_alp@mail.ru            Telefon: 051 933 93 21            Baş redaktor: Nurəddin (Xoca) İsmayılov
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.