ABŞ Zelenskiyə ultimatum verib? - Daimi atəşkəs, ümumi səfərbərlik, sonra...

Bu gün, 11:34           
ABŞ Zelenskiyə ultimatum verib? - Daimi atəşkəs, ümumi səfərbərlik, sonra...
Birləşmiş Ştatlar Ukrayna Prezidenti Volodimir Zelenskiyə ultimatum verib və ona görə, o, yeni seçkilərdə iştirak etməməlidir.

Bu barədə Ali Radanın deputatı Aleksandr Dubinski özünün "Telegram" kanalında yazıb.

"Məndə olan məlumata görə, Zelenskiyə ultimatum təqdim olunub: hərbi vəziyyətin ləğvi və daimi atəşkəs tətbiq edildikdən sonra ümumi səfərbərlik. Bundan sonra Zelenskinin iştirak etməyəcəyi seçkilər elan edilir", - o yazıb.

20 may 2024-cü ildə Zelenskinin Ukrayna prezidenti kimi 5 illik səlahiyyət müddəti başa çatıb. Ölkə konstitusiyasına görə, yeni dövlət başçısı seçilməli və and içməlidir, lakin Ukraynada hərbi vəziyyət hökm sürdüyü üçün seçkilər baş tutmayıb.

Rusiya ilə münaqişə başa çatdıqdan sonra ölkədə prezident seçkilərinin keçirilməsi planlaşdırılır.

Qarşıdan gələn prezident seçkilərində Zelenskinin əsas rəqiblərinin Ukrayna Silahlı Qüvvələrinin keçmiş baş komandanı Valeri Zalujnı və Ukraynanın keçmiş prezidenti Pyotr Poroşenko olacağı gözlənilir .//publika.az












Teref.info © 2015
E-mail: n_alp@mail.ru            Telefon: 051 933 93 21            Baş redaktor: Nurəddin (Xoca) İsmayılov
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.