Mələklər qayıdırlar: "Victoria's Secret"in möhtəşəm geri dönüşü VİDEO

12-09-2024, 18:04           
Mələklər qayıdırlar:
Dünyanın ən məşhur alt paltarı brendi olan "Victoria's Secret" 2019-cu ildə ləğv edilən moda şousunun geri qayıtdığını elan edib.

Oxu.Az-ın məlumatına görə, brend bununla bağlı özünün "Instagram" hesabında paylaşım edib.

Qeyd edək ki, "Victoria's Secret" moda şousu ilk dəfə 1995-ci ildə təşkil edilib və o vaxtdan bəri dünyanın ən gözəl modelləri bu şouda iştirak ediblər. Lakin son illərdə reytinqin düşməsi və brendin ünvanına səsləndirilən tənqidlər nəticəsində, 2019-cu ildə "Victoria's Secret" şirkəti şounun ləğv edildiyini açıqlayıb.

Yeni videoda "Victoria's Secret" mələklərin geri qayıtdığını və şounun yenidən təşkil ediləcəyini vəd edir. Şirkət, şounun daha inklüziv və müxtəlif olacağını, qadınların gücünü və gözəlliyini qeyd edəcəyini vurğulayıb.













Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru