Erkan Can: "Aktyor olsam da, dələduzlar rollarını mənə "yedirtdilər"

12-09-2024, 18:58           
Erkan Can: "Aktyor olsam da, dələduzlar rollarını mənə "yedirtdilər"
Türkiyənin tanınmış aktyoru Erkan Can dələduzların "aktyorluğuna" aldandığını etiraf edib.

Oxu.Az-ın "Haber Global"a istinadla məlumatına görə, bu barədə o baş rolunu oynadığı "Meşru Gayrimeşru" filmi ilə bağlı düşüncələrini bölüşərkən danışıb.

Təcrübəli aktyor filmdəki qəhrəman kimi aldadıldığını deyib.

"Film bir professorun telefon vasitəsilə aldadılması barədədir. Ssenarini görəndə mənim də başıma eynisi gəldiyi üçün rolu qəbul etdim".

Aktyorun sözlərinə görə, telefon dələduzları onun doqquz min dollarını alıblar.

"Aktyor olmağıma baxmayaraq, adam rolunu mənə "yedirtdi". O, indi həbsxanadadır. Mən pulumu TL olaraq geri aldım. Hamı diqqətli olsun", - deyə aktyor xəbərdarlıq edib.

Qeyd edək ki, Erkan Canın baş rolunu canlandırdığı "Meşru Gayrimeşru" filmi sentyabrın 27 ekranlara çıxacaq.













Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru