"TikTok" yüzlərlə moderatoru işdən çıxaracaq

Bu gün, 17:24           
"TikTok" yüzlərlə moderatoru işdən çıxaracaq
"TikTok" bütün dünyada yüzlərlə moderatoru işdən çıxarıb onları neyroşəbəkə ilə əvəz edəcək.

Bu barədə "Reuters" məlumat yayıb.

Qeyd olunur ki, ümumilikdə şirkət 700-dən çox iş yerinin ləğv edilməsini planlaşdırır. Rəhbərlik bu qərarı ona görə verib ki, onlar süni intellektə əsaslanan məzmun moderasiyası sistemini tətbiq etmək istəyirlər.

"TikTok" əvvəllər də moderasiya üçün belə texnologiyalardan istifadə edib. Bildirilir ki, platformanın qaydalarını pozan məzmunun 80%-i avtomatlaşdırılmış sistem vasitəsilə silinir. "TikTok"un nümayəndələri kütləvi ixtisar dalğasını təsdiqləsələr də, səbəbləri açıqlamayıblar.

Jurnalistlərin fikrincə, "TikTok" tezliklə əlavə ixtisarlar dalğası həyata keçirəcək. Eyni zamanda, hazırda şirkətdə 110 mindən çox işçi işləyir.












Teref.info © 2015
E-mail: n_alp@mail.ru            Telefon: 051 933 93 21            Baş redaktor: Nurəddin (Xoca) İsmayılov
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.