Müğənniyə lüt fotosu ilə şantaj

30-09-2016, 10:43           

“Hayatı tesbih yapmışım” mahnısı ilə populyarlaşan müğənni Fərman Toprak keçmiş sevgilisi Türkanı məhkəməyə verib.

teref.az Axşam.az-a istinadən xəbər verir ki, Türkan eşq yaşadıqları dönəmdə Fərmanın lüt yatarkən şəkillərini çəkib.


Qadın, müğənnini fotoları internetdə yayacağı ilə şantaj edərək ondan 100 min dollar istəyib.

İfaçı da onu məhkəməyə verib. Türkan haqqında “Səsli, yazılı və ya görüntülü bir mesajla təhqir və şantaj” maddəsi cinayət işi açılıb. İddia sübuta yetirilərsə, qadına 5 il həbs cəzası veriləcək.

Hakim qarşısına çıxarılan Türkan iddiaları təkzib edib və öz bacısının Fərmanla qurduğu planın qurbanı olduğunu deyib.

Qeyd edək ki, F.Toprak Türkandan ayrıldıqdan sonra başqa qadınla nişanlanıb. Türkanın da ondan intiqam almaq üçün bu addımı atdığı iddia edilir.












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru