"Harri Potter" kastinqində qalmaqal: 42 yaşlı kişi Hermionanın roluna iddia etdi

12-12-2024, 18:14           
"Harri Potter" kastinqində qalmaqal: 42 yaşlı kişi Hermionanın roluna iddia etdi
HBO-da hazırlanacaq "Harri Potter" serialında Hermiona Qrencer roluna keçirilən kastinq 30 000-dən çox namizədin marağına səbəb olub. Lakin namizədlər arasında qeyri-adi bir müraciət - 42 yaşlı bir kişinin iştirak etməsi xüsusi maraq doğurub.

Oxu.Az-ın kp.ru-ya istinadla verdiyi məlumata görə, gənc cadugər obrazını canlandırmaq istəyən bu şəxsin təqdim etdiyi seçim videosu prodüserləri təəccübləndirib.

"Belə bir müraciəti heç gözləmirdik", - deyə seçim komissiyasının üzvlərindən biri bildirib.

Namizədin yaradıcı yanaşması və aktyorluq bacarığı təqdir edilsə də, yaşı və cinsi bu rolda qəbul edilməsinə mane olub. "42 yaşlı Hermiona"nın seçim videosu ilk mərhələdən o yana keçə bilməyib.

Qeyd edək ki, Hermiona Qrencer obrazı "Harri Potter" seriyasının əsas rollarından biridir. Orijinal filmlərdə bu rolu Emma Uotson canlandırıb və milyonlarla tamaşaçının qəlbini fəth edib.

Xatırladaq ki, bundan əvvəl serialda sirli "professor Severus Sneyp" roluna britaniyalı qaradərili aktyor Paapa Essiedunun nəzərdən keçirildiyi barədə məlumat yayılmışdı.
















Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru