Diddinin içkilərinə narkotik qatdıqları qurbanlarının vəkili: "Yüzlərlə iddia qaldırıla bilər"

12-12-2024, 18:34           
Diddinin içkilərinə narkotik qatdıqları qurbanlarının vəkili: "Yüzlərlə iddia qaldırıla bilər"
"Reper Diddiyə (Şon Kombs) qarşı 300-dən çox mülki iddianın qaldırılma ehtimalı var".

"Daily Mail" xəbər verir ki, bir neçə zərərçəkmişi təmsil edən vəkil Toni Bazbi bu barədə açıqlama verib.

Hazırda reperə qarşı artıq 20 iddia irəli sürülüb. Bazbi bildirib ki, təmsil etdiyi şəxslərin əksəriyyəti Nyu-York, Kaliforniya və Floridada keçirilən müxtəlif tədbirlərdə təcavüzə məruz qalıb, onlara narkotik maddələr qatılmış içkilər verilib.

Diddi reketçilik, cinsi istismar məqsədilə insan alveri və fahişəliklə məşğul olmaqda ittiham edilir.

2024-cü ilin may ayında məhkəməni gözləyən Diddi Milad bayramını həbsxanada keçirməyə hazırlaşır. O, bütün ittihamları rədd edir və bu iddiaların onun "nüfuzunu məhv etməyi" hədəflədiyini bildirib.

Xatırladaq ki, yaxın günlərdə Diddi daha bir cinayətdə ittiham edilib. O və reper Jay-Z (əsl adı Şon Karter) 2000-ci ildə keçirilən mükafatlandırma mərasimindən sonra təşkil edilən bir tədbirdə 13 yaşlı yeniyetməyə cinsi təcavüz etməkdə günahlandırılıblar.

Bu xəbər yayıldıqdan sonra ABŞ Konqresinin Nümayəndələr Palatasının üzvü Marjori Teylor-Qrin, Jay-Z və Diddinin ölüm cəzasına məhkum edilməsinə çağırıb.












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru