Ben Afflek Cennifer Lopezlə birgə görüntülənib

16-12-2024, 11:37           
Ben Afflek Cennifer Lopezlə birgə görüntülənib
Hollivud aktyoru Ben Afflek üzündə təbəssümlə keçmiş arvadı Cennifer Lopezlə görüntülənib.

Foto "Daily Mail"də dərc olunub.

Məlumata görə, bugünlərdə Afflek keçmiş həyat yoldaşları, aktrisalar Cennifer Lopez və Cennifer Qarnerlə görüşüb. Los-Ancelesdə övladlarının təhsil aldığı məktəbdə məşhurları paparassilər yaxalayıblar.

Jurnalistlərin sözlərinə görə, sənətçilər ora varislərinin iştirak etdiyi məktəb tamaşasına baxmaq üçün gəliblər. Cennifer Lopez qızı Emma üçün aldığı gül buketi ilə fotokamera qarşısına keçib. Kadrların birində Ben Afflek müğənninin yanında dayanaraq gülümsəyib. Cennifer Qarnerə gəlincə, o, kənarda dayanıb.












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru