Naomi Kempbell alman diceydən ayrılıb

18-12-2024, 11:22           
Naomi Kempbell alman diceydən ayrılıb
90-cı illərin supermodeli Naomi Kempbell alman dicey Rampa ilə ayrılıb.

Bu barədə "The Sun" nəşrinə istinadən xəbər verir.

Məlumata görə, Naomi Kempbell və Rampa arasındakı münasibət "fırtınalı" olub, lakin sonda bitib. Mənbənin sözlərinə görə, supermodel və dicey bir-birinə həqiqətən aşiq olublar və hər dəqiqəni bir yerdə keçirmək istəyiblər, lakin sıx qrafikləri səbəbindən münasibətlərini qoruya bilməyiblər.

Naomi Kempbell və Rampa arasında məhəbbət barədə şayiələr bu ilin avqustunda yaranıb. Supermodel Yunanıstanda diceylə öpüşərkən kameraya düşüb. Sevgililər Mikonos adasındakı klubda əyləncəli vaxt keçiriblər.












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru