Diddinin həbsdən sonra görünüşü jurnalistləri şoka salıb

Bu gün, 17:18           
Diddinin həbsdən sonra görünüşü jurnalistləri şoka salıb
İnsan alveri və cinsi istismar ittihamı ilə təqsirləndirilən P.Diddinin məhkəmədə növbəti dinləməsi keçirilib.

Super.ru-nun verdiyi məlumata görə, iclasda iştirak edən jurnalist Elizabet Millner məşhur rep ifaçısı və prodüserin görünüşü haqqında şok təfərrüatı bölüşüb.

Onun sözlərinə görə, Diddi heyrətləndirici dərəcədə arıqlamış və kədərli görünüb.

"O, inanılmaz dərəcədə arıqlamış görünürdü ki, bu da federal həbsxanada bir neçə ay keçirdiyini nəzərə alsaq, gözlənilən idi. Bundan əlavə, jurnalist qeyd edib ki, Diddinin saçları nəzərəçarpacaq dərəcədə ağarıb və onun görünüşü yorğunluq və tükənmədən xəbər verir. Onun görünüşü əvvəlki zəngin həyat tərzindəkindən çox fərqlənir", - deyə Millner bildirib.

Nəşrin məlumatına görə, jurnalistlər kameralarla iclasa buraxılmayıblar, ona görə də, foto və video təsdiq olmadan sözlərə inanmaq lazım gəlir.

"Nyu-Yorkun ən sərt və amansız həbsxanalarından birində üç ay, hətta nüfuzlu musiqi maqnatını da sarsıda bilər", - deyə insayderlər bildirirlər.












Teref.info © 2015
E-mail: n_alp@mail.ru            Telefon: 051 933 93 21            Baş redaktor: Nurəddin (Xoca) İsmayılov
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.