Alla Puqaçova və Maşa Rasputinaya qarşı planlaşdırılmış sui-qəsd cəhdləri barədə məlum olub

Bu gün, 11:18           
Alla Puqaçova və Maşa Rasputinaya qarşı planlaşdırılmış sui-qəsd cəhdləri barədə məlum olub
Rusiya şou-biznesinin "xaç atası" ləqəbli iş adamı Gennadi Snustikov "Pust qovoryat" verilişində 90-cı illərdə bəzi şəxslərin müğənnilər Alla Puqaçova və Maşa Rasputinanı öldürməyi planlaşdırdıqlarını açıqlayıb.

Bu barədə NEWS.ru məlumat yayıb.

Snustikovun sözlərinə görə, müğənnilərin qətli ciddi dairələr tərəfindən sifariş edilib. O, hadisənin motivləri barədə danışmaqdan imtina edib.

"Mən müdaxilə etməli və bunun qarşısını almalı oldum", - deyə Snustikov vurğulayıb.

Qeyd edək ki, 90-cı illərdə Gennadi Snustikov təkcə iş adamı deyil, həm də tanınmış kriminal avtoritet olub. O, dəfələrlə şou-biznes nümayəndələrinin problemlərini həll etməyə yardım edib, eyni zamanda onlara bahalı hədiyyələr bağışlayıb.

Son illərdə isə Snustikov görmə qabiliyyətini itirib və milyonluq sərvətindən heç nə qalmayıb.












Teref.info © 2015
E-mail: n_alp@mail.ru            Telefon: 051 933 93 21            Baş redaktor: Nurəddin (Xoca) İsmayılov
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.