2025-ci ildə hansı saç rəngi trend olacaq?

29-12-2024, 16:19           
2025-ci ildə hansı saç rəngi trend olacaq?
"Vogue" jurnalının fransız versiyasının redaktorları 2025-ci ilin ən dəbli saç rənglərini açıqlayıblar.

Lenta.ru-nun xəbərinə görə, müvafiq material nəşrin saytında dərc olunub.

Jurnalistlərin fikrincə, "Pantone" İnstitutu tərəfindən 2025-ci ilin rəngi kimi tanınan "mokko mus" və krem-bej çalarları xüsusilə populyar olacaq. Bundan əlavə, qızılı saçlar və saç uclarının brondlaşdırılması (açıq və tünd rəngdə saç tonlarının birləşməsindən ibarət boyama texnikası - red.) aktual olacaq.

Eyni zamanda ABŞ-li aktrisa Merilin Monroda olduğu kimi, sarışın saçlar da trendlər arasında olacaq. Bununla yanaşı, qıvrım saç üslubu ilə vintaj görünüş yaratmaq da tövsiyə olunur.

Qeyd olunur ki, analoji üslub müasir məşhurlar tərəfindən nümayiş etdirilməyə başlanıb.












Teref.info © 2015
E-mail: n_alp@mail.ru            Telefon: 051 933 93 21            Baş redaktor: Nurəddin (Xoca) İsmayılov
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.