Ancelina Coli və Bred Pitt boşanır

1-01-2025, 08:34           
Ancelina Coli və Bred Pitt boşanır
Hollivud ulduzları Ancelina Coli və Bred Pitt dekabrın 30-da boşanmaq üçün məhkəməyə müraciət ediblər.

Modern.az bu barədə "People" nəşrinə istinadən xəbər verir.

Onlar boşanma prosesi başlayandan 8 il sonra razılığa gələ biliblər

“Bu, səkkiz il əvvəl başlayan uzun prosesin yalnız bir hissəsidir. Düzünü desəm, Ancelina tükənib, lakin bu hissənin bitməsinə sevinir”, – aktrisanın vəkili Ceyms Saymon bildirib.

Cütlüyün altı övladı var, onlardan üçü övladlığa götürülüb.

Bred Pitt və Ancelina Coli 2014-cü ildə evlənib, 2016-cı ildə isə aktrisa boşanmaq üçün məhkəməyə müraciət edib. O, ərinin onu və uşaqlarını təhqir etdiyini iddia etsə də, ittiham irəli sürməkdən imtina edib.

Hollivud aktyorları daha sonra birgə bəyanat yayaraq boşanma prosesinin və təfərrüatlarının gizli qalacağını və cütlüyün özəl hakimin xidmətindən istifadə etdiklərini bildiriblər.












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru